Ançelottinin “kreslo”su laxladı - “Barselona”ya məğlubiyyət üzündən

13 Yanvar 22:00 İspaniya 608
Ançelottinin “kreslo”su laxladı - “Barselona”ya məğlubiyyət üzündən

İspaniya superkubokunun finalında “Barselona”ya darmadağından (2:5) sonra “Real” rəhbərliyinin baş məşqçi Karlo Ançelottiyə inamı azalıb.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, heç bir kəskin və ya təcili qərar verilməyəcək, ancaq bundan sonra vəziyyətin təhlili üçün prosesə start veriləcək.

Bu həftə bir sıra yüksək səviyyəli görüşlər keçiriləcək. Məqsəd həmçinin idarə heyəti və Ançelotti arasında vəziyyətin dəqiq diaqnozunu qoymağa və kursu dəyişdirməyə çalışmaq olacaq.

Ançelotti məşqçilik karyerasında 11-ci dəfə “Barselona”ya uduzub. Onun komandası bunun qarşılığında kataloniyalılar üzərində 10 qələbə qazanıb və 3 heç-heçə edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi