Tanınmış hücumçu məhkəmədə ifadə verəcək - İstintaq gedir

12 Yanvar 17:20 İspaniya 827
Tanınmış hücumçu məhkəmədə ifadə verəcək - İstintaq gedir

“Real”ın braziliyalı hücumçusu Vinisius Junior Barselonanın 18 saylı İstintaq Məhkəməsinin sədrinə videokonfrans vasitəsilə irqçilik işi üzrə ifadə verəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

Mənbə bildirib ki, hadisə 2023-cü ilin oktyabrında “Barselona” ilə oyun zamanı baş verib.

Həmin matçda 3 katalon azarkeşin irqçi şüarlar səsləndirməsi kameralara tuş gəlib. Onlardan biri azyaşlı olduğu üçün onun işi başqa orqan tərəfindən araşdırılır.

Qeyd olunur ki, yanvarın 23-də Vinisius zərərçəkmiş şəxs qismində çıxış edəcək.

Bundan əvvəl “Real Madrid” azyaşlı azarkeşi irqçiliyə görə cərimələyib. Klub bildirib ki, uşaq Vinisiusa baş verənlərə görə üzr istəyən məktub göndərib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar