COP29

“Mən əməliyyat olunacam, bir neçə ay xəstəxanada yatacam”

7 Oktyabr 12:00 İspaniya 1 209
“Mən əməliyyat olunacam, bir neçə ay xəstəxanada yatacam”

“Real”ın müdafiəçisi Dani Karvahal İspaniya çempionatının 9-cu turunda “Vilyarreal”la oyunda (2:0) aldığı zədədən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dəstək olan hər kəsə təşəkkür edib:

“Zədələnməyim müayinədən sonra təsdiqləndi. Mən əməliyyat olunacam.

Bir neçə ay xəstəxanada yatacam. Sağalma müddətinin başlamasını və stadiona qayıtmağı səbirsizliklə gözləyirəm.

Dəstək sözlərinizə görə hamınız çox sağ olun. Mən sizin sevginizi hiss edirəm”.

32 yaşlı futbolçu İspaniya çempionatının bu mövsümündə 8 oyun keçirib, 1 qol vurub və 2 sarı vərəqə alıb.

Digər Xəbərlər
Xəbər Lenti