
“Milan” “Betis”in müdafiəçisi Xuan Mirandanı transfer edəcək.
Sportinfo.az xəbər verir ki, “rossonyerlər” 23 yaşlı futbolçunun özü ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb.
Qış transfer pəncərəsində futbolçunun transferi üçün 2 milyon avro təklif olunacaq.
“Barselona” və “Şalke”də oynamış ispaniyalı futbolçu 2020-ci ildə “Betis”ə keçib.