“Barselona”nın idman direktoru Deku Kataloniya klubunun qış transfer pəncərəsi üçün hədəflərindən danışıb.
Sportinfo.az xəbər verir ki, o, yeni futbolçu transferinin maddi durumdan asılı olacağını bildirib:
“Qavinin zədəsi ilə bağlı yeni situasiyalar var və biz bunun haqda nə edə biləcəyimizdən asılı olaraq qiymətləndirəcəyik.
Maddi cəhətdən nə edə biləcəyimizə baxırıq. Yanvarda vacib oyunçular öz komandalarında oynayırlar və qış bazarında bizə nəsə gətirə biləcək oyunçu ilə müqavilə bağlamağın asan olacağını düşünmürəm.
Əimizdə olanlara baxırıq və qərar veririk. Birincisi, Qaviyə əvəzləyici tapmaq mümkün deyil.
İkincisi, başqa oyunçunun gətirilməsi bizə hansının daha uyğun olmasından asılı olacaq. Onun bir və ya iki oyunçu olması maddi vəziyyətdən asılı olacaq”.
“Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Qavi 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstan yığması ilə matçda (3:1) çarpaz diz bağını zədələyib və mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda keçirəcək.