
“Barselona”nın baş məşqçisi Xavi Lionel Messinin komandaya mümkün qayıdışından danışıb.
Sportinfo.az xəbər verir ki, “Malyorka” ilə oyundan (3:0) sonra Kataloniya klubu Serxi Buskets və Jordi Albanın vida mərasimini keçirib.
Xavi mərasimdə Messini haqda fikirlərini bölüşüb:
“Messi də belə bir vidaya layiqdir. Məncə, hamımız bununla razılaşırıq, görək necə olacaq. B
iz hamımız Messini sevirik, amma bu o demək deyil ki, o “Barsa”ya gələcək. O, tarixin və “Barselona”nın ən yaxşısıdır.
Lakin onun qayıdışı nə qədər çox şey etmək istədiyindən asılıdır.”
Messi hazırda Fransanın PSJ klubunda forma geyinir.