Daha bir tanınmış klub La Liqanı tərk etdi

29 May 01:40 İspaniya 906
Daha bir tanınmış klub La Liqanı tərk etdi

İspaniya La Liqasında 37-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu gün 9 görüş baş tutub.

Dörd qolun qeydə alındığı “Valensiya” – “Espanyol” matçında qalib müəyyənləşməyib. Bu heç-heçənin ardından “Espanyol”un La Liqanı tərk edəcəyi dəqiqləşib.

Hazırda 36 xalla 19-cu olan bu komanda son turda qalib gəlsə belə, 17-ci sıraya çıxa bilməyəcək. Beləcə, sonuncu olan “Elçe”nin ardından “Espanyol” da Sequndaya yuvarlanıb.

Çempionluğu təmin etmiş “Barselona” bu tur “Malyorka”nı, “Atletiko” “Real Sosyedad”ı, “Kadis” “Selta”nı, “Xetafe” “Osasuna”nı, “Rayo Valyekano” isə “Vilyarreal”ı məğlub yola salıb.

Hazırda “Barselona” 88 xalla vahid liderdir. “Real” 77 xalla ikinci, Madridin digər təmsilçisi “Atletiko” 76 xalla üçüncü pillədə qərarlaşıb. “Real Sosyedad”ın 68, “Vilyarreal”ın 63, “Betis”in 59 xalı var.

Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu