"Ona nə edəcəyini söyləməyimə ehtiyac yoxdur"

5 Fevral 2023 00:00 İspaniya 805
"Ona nə edəcəyini söyləməyimə ehtiyac yoxdur"

"Real"ın baş məşqçisi Karlo Ançelotti Primeronun 20-ci turunun "Malyorka" ilə oyunu ərəfəsində komandanın hücumçusu Vinisius Juniorun oyuna hazırlığından danışıb.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan italiyalı mütəxəssis braziliyalı haqda xoş fikirlər səsləndirib:

"Vinisius əla oyunçudur. Gənclər bu tip futbolçuları bəyənir. Nəvələrim başqa oyunçuların yox, arxasında məhz onun adı yazılmış forma ilə gəzirlər.

Vinisius matça həmişəki kimi hazırlaşır. Necə olacağını zaman göstərəcək. Ona nə edəcəyini söyləməyimə ehtiyac yoxdur".

"Malyorka” – “Real” matçı fevralın 5-də Palma-de-Malyorkadakı “İberostar” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i