“Mübarizə aparmalıyıq, dözməliyik, edə biləcəyimiz heç bir şey yoxdur”

28 Yanvar 2023 00:10 İspaniya 505
“Mübarizə aparmalıyıq, dözməliyik, edə biləcəyimiz heç bir şey yoxdur”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya kubokunun 1/4 finalının “Atletiko” ilə oyununu (3:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, komandasının zədələrdən əziyyət çəkdiyini vurğulayıb:

“Bu mövsüm çox çətin keçir. Mübarizə aparmalıyıq, dözməliyik. “Real” da digər komandalar kimi zədələrdən əziyyət çəkir.

Bununla bağlı edə biləcəyimiz heç bir şey yoxdur. Oynamalıyıq”.

İtaliyalı mütəxəssis oyundan öncə “Atletiko” azarkeşlərinin braziliyalı futbolçu Vinisius Junioru təhqir etməsi ilə bağlı da fikirlərini bölüşüb:

“Vinisius həmişəki kimi, diqqətini oyuna yönləndirdi. Baş verənlər çox təəssüf doğurur”.

“Real”ın yarımfinal mərhələsindəki rəqibi püşkatma nəticəsində müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu