“Barselona”da 3 namizəd

11 May 2022 21:40 İspaniya 734
“Barselona”da 3 namizəd

Sportinfo.az xəbər verir ki, “Barselona” yarımmüdafiəçisi Serxio Buskets üçün əvəzedici axtarır.

“Barselona”nın məşqçilər heyəti növbəti mövsümdə kuboklar uğrunda mübarizə aparmaq üçün yayda komandanı gücləndirmək istəyir.

Onlar komandada hər mövqedə iki oyunçunun olmasını planlaşdırırlar.

Xəbərdə bildirilir ki, Kataloniya klubunun məşqçilər heyətinin fikrincə, gücləndirilməli olan mövqelərdən biri də mərkəz yarımmüdafiəçisi mövqeyidir. “Barsa”da hazırda bu mövqedə 34 yaşlı Buskets çıxış edir.

Bildirilir ki, baş məşqçi Xavi və “Barsa” rəhbərliyi bir neçə ay ərzində bu mövqeyi gücləndirməyi müzakirə edib və üç namizəddən ibarət siyahı hazırlayıb.

Bura “Real Sosyedad”dan Martin Subimendi, “Monako”dan Orelyen Tuçameni və “Vulverhempton”dan Ruben Neves daxildir.

“Barselona” La Liqada 35 turdan sonra 69 xalla 2-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"