“Bu kluba transfer olmaqdansa, ölsəm, daha yaxşı olar”

2 Dekabr 2021 18:40 İspaniya 769
“Bu kluba transfer olmaqdansa, ölsəm, daha yaxşı olar”

“Barselona”nın futbolçusu Jerar Pike açıqlama verib.

Sportinfo.az xəbər verir ki, İspaniya mətbuatına danışan müdafiəçi Lionel Messinin “qızıl top”u qazanması və PSJ klubuna keçməsi haqda danışıb:

“Messinin ayrıldığı gün çox çətin idi. 16 il onunla bir paltardəyişmə otağını bölüşdük. O, mənim üçün qardaş kimi idi.

Tarixin ən yaxşıları bizi tərk etdiyi üçün hazırda “Barselona”da işlər qaydasında getmir”.

Pike, əzəli rəqibləri “Real”a keçməkdənsə, ölməyi seçəcəyini də deyib: “Real”a transfer olmaqdansa, ölsəm, daha yaxşı olar”.

Digər Xəbərlər
Xəbər Lenti