"Qarabağ"la oyundan sonra bu hücumçunu "Barselona"ya satacaqlar?

20 Noyabr 2021 01:10 İspaniya 869
"Qarabağ"la oyundan sonra bu hücumçunu "Barselona"ya satacaqlar?

"Bazel"in forvardı Artur Kabral "Barselona"nın maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi 23 yaşlı hücumçunun çıxışı ilə bağlı bir neçə hesabat alıb.

Braziliyalı forvardın namizədliyini klubun sabiq futbolçusu və hazırda skautu olan Deku təsdiqləyib.

Habelə bildirilir ki, "Barselona" Kabralı mövsümün sonunda 8 milyon avroya almaq şərti ilə qışda icarəyə götürə bilər.

Lakin transfer kataloniyalılar hansısa oyunçunu satacağı və ya futbolçuların maaşlarını azaldacağı halda baş tutacaq.

"Bazel" "Qarabağ"la birlikdə Konfrans Liqasının H qrupunda mübarizə aparır. Hər iki komanda vaxtından əvvəl pley-offa vəsiqəni təmin edib.

Artur Kabral 13 oyundan sonra 13 qolla İsveçrə çempionatının bombardiridir. O, təsnifat mərhələləri daxil olmaqla, cari mövsüm UEFA Konfrans Liqasında 10 qola imza atıb.

"Bazel" Azərbaycana səfərində "Qarabağ"la qolsuz bərabərliyə razılaşıb. Tərəflər gələn ay İsveçrədə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti