Atası Messidən nə istədi?

22 Aprel 2021 00:28 İspaniya 1 111
Atası Messidən nə istədi?

“Barselona” ilə komandanın kapitanı Lionel Messi arasında yeni müqavilə üçün danışıqların mövsümün yekunlaşmasından sonra başlayacağı gözlənilir.

Sportinfo.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

33 yaşlı hücumçunun atası və meneceri Xorxe Messi ondan mövsümün sonunadək sözləşmənin uzadılması üçün danışıqlara başlamamağı istəyib. Hazırda Xorxe Kataloniyanın paytaxtındadır.

Argentinalı oyunçu özü isə indi fikrini komandanın mübarizə apardığı yarışlara yönəldib. “Barselona” ilə İspaniya kubokunun qalibi olan Messi La Liqanın da çempionu adını qazanmaqla 2020/21 mövsümündə qızıl dubla imza atmaq istəyir.

Futbolçunun klub prezidenti Joan Laporta ilə arasında yaxşı münasibəti var. Onlar daha əvvəl yeni müqavilə barədə qeyri-rəsmi danışıqlar aparıblar.

Ancaq Messi fikirləşir ki, indi komandanın maraqlarını düşünməlidir.

Messi bu mövsüm La Liqanın 28 matçında 23 qol vurub və 8 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?