"Barselona" dekabrın maaş borcunu bağlamadı

27 Yanvar 2021 18:40 İspaniya 1 113
"Barselona" dekabrın maaş borcunu bağlamadı

"Barselona" futbolçuların dekabr ayı üçün maaşlarını ödəməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə COPE nəşri məlumat yayıb.

“Barselona” bir müddət əvvəl 1,2 milyard avro borcunun olduğunu açıqlayıb.

Kataloniyalılar 2019/2020 mövsümünü 488 milyon avro borcla başa vurublar və klub öz kreditorları ilə bu ödənişlərə möhlət verilməsi haqqında danışıqlar aparır. Klub koronavirus pandemiyasının büdcəyə təsir göstərdiyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti