Varan “Real”dakı gələcəyi ilə bağlı qərarını verdi

25 Yanvar 2021 01:52 İspaniya 822
Varan “Real”dakı gələcəyi ilə bağlı qərarını verdi

Fransalı müdafiəçi Rafael Varan mövsümün sonunda “Real”dan ayrılmaq istəyir.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı müdafiəçi artıq qərarını verib. Bu barədə “sport.es” saytı məlumat yayıb.

Xəbərdə Varanın mövsümün sonunda komandanı tərk edəcəyi bildirilib. “Real” rəhbərliyi də futbolçunun satışından yaxşı gəlir əldə etmək niyyətindədir.

Varan 2011-ci ildən “Real”da çıxış edir. Fransa milli komandasının da üzvü olan müdafiəçinin “transfermarkt”da dəyəri 70 milyon avrodur. Varanın “kral klubu” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"