Baş məşqçiyə qarşı İTTİHAM! Komandada söz sahibi ola bilməyib

23 Yanvar 2021 22:00 İspaniya 516
Baş məşqçiyə qarşı İTTİHAM! Komandada söz sahibi ola bilməyib

“Barselona” rəhbərliyi komandanın keçmiş baş məşqçisi Kike Setyenə təzminat ödəmək istəmir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Cadena Ser” nəşri məlumat yayıb.

Kataloniya klubunun rəhbərliyi Setyenin komandaya baş məşqçi təyin edilərkən verdiyi vədləri yerinə yetirmədiyini düşünür.

Rəhbərlik ispan mütəxəssisin komanda daxilində söz sahibi ola bilmədiyini və oyun üslubuna sadiq qalmadığını əsas gətirərək, ona təzminat ödəmək niyyətində deyil. “Barselona” rəsmiləri, bundan başqa, Setyenə bir aylıq məvacibini ödədiyini də bildirib.

Setyen ötən ilin avqustunda “Barselona”da baş məşqçi postundan ayrılsa da, müqaviləsi rəsmi olaraq sentyabrda ləğv olunub. İspan çalışdırıcı 4 milyon avro təzminat tələb edərək, klubu məhkəməyə verib.

Setyen 2020-ci ilin yanvarından avqustuna kimi “Barselona”nı çalışdırıb. Kataloniya klubunun baş məşqçisi hazırda Ronald Kumandır.

Digər Xəbərlər
Xəbər Lenti