"Böyük səhv olsa da, biz onu başa düşürük"

8 Dekabr 2023 03:30 Araz-Naxçıvan 650
"Böyük səhv olsa da, biz onu başa düşürük"

Premyer Liqanın növbəti turunda "Zirə" ilə qarşılaşacaq "Araz-Naxçıvan"ın üzvü Aksel Nqando hazırlıq və komandadakı vəziyyətlə bağlı arazpfk.com-a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, fransalı legioner komandasının qarşıdakı turda üz-üzə gələcəyi "Səbail"lə matçdan danışıb.

- “Zirə” ilə oyuna hazırlıq necə gedir?

- Oyunun əhəmiyyətini başa düşürük. Ən yüksək səviyyədə hazırlaşırıq. Məşqlərdə çalışırıq ki, məşqçinin verdiyi tapşırıqları maksimum dərəcədə icra edək, özümüzü ən yaxşı tərəfdən göstərək. Bilirik ki, oyun asan olmayacaq. Rəqibimiz turnir cədvəlinin üst sıralarındadır. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Rəqibin oyununu izləmisənmi?

- Əlbəttə, izləmişəm. Azərbaycana gələndən sonra ilk oyunum “Zirə”yə qarşı olub. Yaxşı komandadır, xüsusilə də müdafiədə etibarlı oynayırlar. İndiyə qədər cəmi 8 qol buraxıblar. Yenə deyirəm, bizim üçün vacib oyundur. Çünki son 4 matçda qələbə qazana bilməmişik.

- Müdafiə xəttinin etibarlı oyununu qabartdın. Yarmaq mümkün olacaqmı?

- Hətta uduzduğumuz oyunlar daxil bütün matçlarda qol vurmaq üçün şanslarımız olub. “Zirə ilə görüşdə də bu imkanımız olacaq, yaradacağıq. Əsas məsələ həmin anda onu realizə etməkdir. İnanıram ki, bacaracağıq. Oyuna tam köklənməliyik.

- “Səbail”lə oyunun son saniyələrində əldən verilən qələbə komanda üzvlərinə psixoloji baxımdan mənfi təsir edə bilərmi?

- Son saniyədə qol buraxmağımız bizi təəccübləndirdi. Halbuki daha çox qol vura və meydandan 3 xalla ayrıla bilərdik. Rəqibdən daha yaxşı çıxış etmişdik. Futbolda bu cür hal ilk dəfə deyil, bundan əvvəl də olub, sonra da olacaq. Heç kim heç nədən sığortalanmayıb. Konsantrasiyamızı növbəti oyuna qorumalıyıq. “Zirə”yə qarşı da son matçdakı kimi oynasaq, qələbə qazana bilərik.

- “Səbail”lə oyundan sonra Numan Kurdiç komanda yoldaşlarına nə dedi?

- Səhvinə görə hər kəsdən üzr istədi. Bilərəkdən edilən hərəkət deyildi. Böyük səhv olsa da, biz onu başa düşürük. Hər birimiz bu situasiya ilə qarşılaşa bilərik. Futbol səhvlərlə doludur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı