"Təəssüf ki, hər şey son anda əksinə getdi"

21 May 16:14 İngiltərə 193
"Təəssüf ki, hər şey son anda əksinə getdi"

"Real"ın keçmiş müdafiəçisi Roberto Karlos 2007-ci ildə "Çelsi"yə transferinin baş tutmamasından danışıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı veteran futbolçu keçidi baş tutmadığı üçün "Fənərbaxça"nı seçdiyini deyib:

"Fənərbaxça" və "Çelsi"dən təklifim var idi. "Çelsi" variantı alınmadı, buna görə də Türkiyə klubunu seçdim. Ancaq London təmsilçisinə keçməyə çox yaxın idim. Bütün şərtlərdə anlaşdıq və müqaviləni gedib imzalamalı idim.

Razılaşma "Fənərbaxça"ya keçməmişdən 1 həftə əvvəl olmuşdu. Parisdə "Çelsi"nin prezidenti Roman Abramoviç və klubun direktoru Piter Kenyon ilə görüşdüm.

Təəssüf ki, hər şey son anda əksinə getdi. Belə şeylər futbolda olur. Bir vəkillə problem oldu. İngiltərə Premyer Liqasında uğur qazanacağıma 100 faiz əmin idim. Bu çempionat mənə yaraşırdı".

Karlos 1996-2007-ci illərdə "Real"da çıxış edib. 2007-ci ildə "Fənərbaxça"ya keçən ulduz 2009-cu ildə İstanbul klubundan ayrılıb. Braziliya millisinin üzvü olmuş futbolçu 2015-ci ildə karyerasını "Delhi Dinamos"da başa vurub.

Xəbər Lenti
26 May 22:40 Qurbanov lazım deyil?