Premyer Liqa klubu axtardığı hücumçunu Belçikada tapdı

21 Yanvar 2020 09:42 İngiltərə 1 222
Premyer Liqa klubu axtardığı hücumçunu Belçikada tapdı

"Aston Villa" yayda 25 milyon avroya transfer etdiyi Vesleyin zədələnməsindən sonra yeni hücumçu alıb.

Sportinfo.az xəbər verir ki, Birmingem təmsilçisi Belçikanın "Genk" klubunun hücumçusu Mbana Samattanın transferində razılığa gəlib.

Bu keçid Premyer Liqa klubuna 10 milyon avroya başa gəlib. Komandanın baş məşqçisi Din Smit Tanzaniya yığmasının futbolçusunu "Genk"dən transfer etdiklərini təsdiq edib.

Samatta 2016-cı ildən "Genk"də çıxış edirdi. O, bu mövsüm 28 oyunda 10 qol vurub, 2 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız