Gürcü fqapıçı üçün 35 milyon avro ödəməyə hazırdır

20 May 2024 00:10 İngiltərə 1 840
Gürcü fqapıçı üçün 35 milyon avro ödəməyə hazırdır

“Valensiya”nın və Gürcüstan millisinin 23 yaşlı qapıçısı Giorgi Mamardaşvili karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, qapıçı ilə “Nyukasl” maraqlanır.

İngiltərə klubu futbolçu üçün təxminən 35 milyon avro ödəməyə hazırdır.

Mamardaşvili “Valensiya”ya Tbilisi “Dinamo”sundan keçib. Onun transfer məbləği 850 min avro olub. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!