“Deyəsən, hər şey son gündə həll olunacaq” - NARAHATDIR

17 Mart 15:40 İngiltərə 504
“Deyəsən, hər şey son gündə həll olunacaq” - NARAHATDIR

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 29-cu turunda “Brayton”la heç-heçədən (2:2) sonra komandasının gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanmaq şanslarından danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qarşıda hələ çətin oyunların olduğunu söyləyib:

“Qarşıda 9 oyun, 9 final var. Deyəsən, hər şey son gündə həll olunacaq.

Mövsümün sonuna 9 qarşılaşma qalıb. Qarşıda bizi çətin oyunlar gözləyir”.

“Mançester Siti”nin İngiltərə çempionatının 29 oyunundan sonra 48 xalı var və beşinci yerdədir.

Komanda İngiltərə Premyer Liqasının növbəti turunda “Lester”lə qarşılaşacaq. Oyun aprelin 2-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda