“Böhrandayıq? Premyer Liqada qalib gəlməyin yollarını tapmalıyıq”

16 Yanvar 22:00 İngiltərə 791
“Böhrandayıq? Premyer Liqada qalib gəlməyin yollarını tapmalıyıq”

“Liverpul”un müdafiəçisi Vircil van Dayk komandasının son nəticələri haqda danışıb.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, niderlandlı futbolçu bu çempionatda hər matçın çətin olduğunu bildirib:

“Liverpul” böhrandadırmı? Bu nəticələr Premyer Liqanın nə qədər çətin olduğunu göstərir.

Bu çempionatda hər matç çətin olur, amma biz qalib gəlməyin yollarını tapmalıyıq.

“Nottingem Forest”ə qarşı ilk hissədən sonra oynadığımız kimi oynasaq, əminəm ki, çoxlu qol vurmağa davam edəcəyik”.

Mersisaydlılar son dörd oyunda cəmi bir qələbə qazanıb.

İngiltərə çempionatında 20 oyun keçirən “Liverpul” 47 xalla liderdir. “Qırmızılar” 2-ci pillədəki “Arsenal”ı 4 xal qabaqlayır.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!