Braziliyalı İngiltərə nəhəngini Səudiyyə Ərəbistanı təmsilçisinə dəyişir?

24 İyul 2024 18:40 İngiltərə 600
Braziliyalı İngiltərə nəhəngini Səudiyyə Ərəbistanı təmsilçisinə dəyişir?

"Mançester Siti"nin qolkiperi Ederson Moraes Səudiyyə Ərəbistanına yollana bilər.

Sportinfo.az "The Mirror"a istinadən xəbər verir ki, "Əl-İttihad" onun transferində maraqlıdır.

Hazırda ərəblər Edersonun transferi üçün "Mançester Siti"yə müraciət edib.

Braziliyalı bu kluba keçərsə, illik 25 milyon avro qazanacaq.

"Əl-İttihad" rəsmiləri onunla üç illik müqavilə imzalamaq niyyətindədir.

2017-ci ildən “Mançester Siti”də çıxış ediedən qolkiperin "şəhərlilər"lə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?