Braziliya millisinin vingerini icarəyə verəcək - Premyer Liqa klubu

21 İyul 2024 16:55 İngiltərə 612
Braziliya millisinin vingerini icarəyə verəcək - Premyer Liqa klubu

"Mançester Yunayted" ümidləri doğrultmayan Antoni ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi braziliyalı futbolçunu icarəyə vermək istəyir.

Bu barədə ESPN məlumat yayıb.

"Qırmızı şeytanlar" 24 yaşlı vingeri onun həftəlik 70 min funt-sterlinq olan maaşını ödəyəcək bir kluba göndərəcək.

"Mançester Yunayted" Antonini 2022-ci ilin avqust ayında "Ayaks"dan transfer edib. Braziliya millisinin üzvü ötən mövsüm İngiltərə klubunun heyətində meydana çıxdığı 38 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?