“Mançester Yunayted”in keçmiş hücumçusu Duayt York komandanın forvardı Rasmus Hoylundun debüt mövsümü ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az “FourFourTwo” nəşrinə istinadən xəbər verir ki, keçmiş futbolçu, danimarkalı forvardın potensialı olduğunu bildirib:
“Mançester Yunayted”ə qoşulmazdan əvvəl bu adamı heç kim tanımırdı. Mən onun haqqında ümumiyyətlə, eşitməmişdim
. Mövsüm başa çatdıqdan sonra deyə bilərəm ki, o, yaxşı çıxış etdi. Bu, onun üçün ciddi sınaqdır.
Hoylund ən başlanğıcda problemlər yaşadı, lakin sonra irəliləməyə başladı. Mən onun performansını 10 üzərindən 5-6 balla qiymətləndirərdim. Onun potensialı var”.
Hoylund ötən mövsüm Premyer Liqada 30 oyun keçirib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.