Azərbaycan təmsilçisi "Sea Breeze 2026"da finala yüksəldi

04:20 Atçılıq 40
Azərbaycan təmsilçisi "Sea Breeze 2026"da finala yüksəldi

Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirində növbəti yarımfinal matçı baş tutub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Elit polo club" Böyük Britaniyanın "Red Star" komandası ilə üz-üzə gəlib.

Görüş Azərbaycan klubunun 9:7 hesablı qələbəsi ilə başa çatıb.

Günün ilk yarımfinal görüşündə İsveçrə təmsilçisi "Sankt Mortiz" Rusiyanın "Moscow polo club" komandasını 6:4 hesabı ilə məğlub edib.

Beləliklə, Azərbaycan təmsilçisi sabah finalda "Sankt Mortiz"lə qarşılaşacaq. Böyük Britaniya və Rusiya komandaları isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM