Azərbaycan millisi dünya çempionatına bu heyətlə hazırlaşır

03:40 Milli komanda 67
Azərbaycan millisi dünya çempionatına bu heyətlə hazırlaşır

Oktyabrın 22-31-dək ölkəmizdə ilk dəfə keçiriləcək U-15 Dünya Çempionatı və Festivalında Azərbaycanı təmsil edəcək millinin formalaşdırılması məqsədilə seçim prosesi davam edir.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü futbolçular Bakıda keçiriləcək U-15 Dünya Çempionatına hazırlıq çərçivəsində növbəti təlim-məşq toplanışlarını keçirəcək.

Təlim-məşq toplanışı 8-9 sentyabr və 12-14 sentyabr tarixlərində Bayıl Təlim-Məşq Mərkəzində keçiriləcək. Hazırlıq prosesi çərçivəsində futbolçuların seçimi davam etdiriləcək və Dünya Çempionatında iştirak edəcək yekun heyət müəyyənləşəcək.

Toplanışlara dəvət olunan 25 futbolçu arasından Dünya Çempionatında iştirak edəcək 14 futbolçu seçiləcək.

Həmçinin U-15 milli komandasında (2012-ci il təvəllüdlü futbolçular) UEFA İnkişaf Turnirinə hazırlıq məqsədilə seleksiya prosesi davam edir. Sözügedən turnirin 20-26 oktyabr tarixlərində Maltada keçiriləcək.

Milli komandanın təlim-məşq toplanışlarına dəvət olunan futbolçuların adlarını nəzərinizə çatdırırıq:

Ad, Soyad

Klub

Oqtay Mehrəliyev

"Qarabağ" FK

Daniil Bayramari

"Qəbələ" İK

Məhəmməd Ağamalıyev

"Qarabağ" FK

Abbas Məmmədli

"Qarabağ" FK

Asif Allahverdizadə

"Ulduz" FA

Emil Quliyev

"Neftçi" PFK

Teymur Quliyev

"Ulduz" FA

Əkbər Nağıyev

"Neftçi" PFK

Kənan Əzimov

"Neftçi" PFK

Həsən Məhmədov

"Sabah" FK

Murad Zeynallı

"Ulduz" FA

Səbran Muradlı

"Qarabağ" FK

Müşfiq Zamanov

"Ulduz" FA

Xalid Soltanov

"Qəbələ" İK

Ömər Allahverdiyev

"Turan Tovuz" PFK

Səbuhi İbrahimli

"Ulduz" FA

Yusif Əlizadə

"Ulduz" FA

Həsən Ramazanov

"Sabah" FK

Murad Məmmədzadə

"Sabah" FK

Nihad Bəylərli

"Ulduz" FA

Əli Hacıyev

"Sabah" FK

Həsən Müşfiqzadə

"Qarabağ" FK

Ramil İsmayıllı

"Karvan" FK

Maksim Adamov

"Neftçi" PFK

Amin Tağıyev

"Qarabağ" FK

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM