"Qəribə komandadır” - Sabiq ulduzu başqa söz tapmadı

20 Fevral 2024 18:20 İngiltərə 627
"Qəribə komandadır” - Sabiq ulduzu başqa söz tapmadı

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz keçmiş komandasının İngiltərə Premyer Liqasının 24-cü turunda “Luton” üzərində qazandığı qələbədən (2:1) danışıb.

Sportinfo.az xəbər verir ki, oyunun nəticəsi 49 yaşlı mütəxəssisin xoşuna gəlməyib:

“Mançester Yunayted” qəribə komandadır. Düşünürəm ki, bu, 5:0 hesabı ilə qalib gələn və eyni zamanda rəqiblərinə məğlub olan yeganə klubdur!”

Premyer Liqada keçirdiyi 24 oyundan sonra “qırmızı şeytanlar” 44 xalla altıncı yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti