COP29

"Bu cür liderliyə ehtiyacımız var, bir-birinizin arxasında durursuz"

28 Noyabr 2023 12:00 İngiltərə 326
"Bu cür liderliyə ehtiyacımız var, bir-birinizin arxasında durursuz"

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə çempionatının 13-cü turunda “Everton”la oyunda (3:0) hücumçuların hədəflərini şərh edib.

Sportinfo.az xəbər verir ki, o, eyni zamanda yarımmüdafiəçi Bruno Fernandesin kapitan kimi çıxışından danışıb:

“Hücum edən oyunçularımızdan üçü qol vurdu, bu çox yaxşıdır. Bizə komanda olaraq lazım olan budur.

Bu, komanda olaraq bizə kömək edəcək. Mən dedim ki, mövsümə uğurlu girmək üçün lazımdır.

Bu, onlara inam verəcək və biz bunu növbəti oyuna özümüzlə aparmalıyıq.

Fernandesin nə qədər böyük kapitan olduğunu gördüz. Komandada bu lazımdır.

Bu cür liderliyə ehtiyacımız var, siz bir-birinizi dəstəkləyirsiz, bir-birinizin arxasında durursuz və bir-birinizə güvən verirsiz, çünki bilirsiz ki, uğurlu mövsüm üçün sizə lazım olan budur”.

13 turdan sonra “qırmızı şeytanlar” Premyer Liqada 24 xalla altıncı pillədə qərarlaşıb. Çempionata “Arsenal” başçılıq edir (30 xal).

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!