“Bu, fantastikadır! Qarşıya qoyulan məqsədə çatdıq"

26 May 00:20 İngiltərə 271
“Bu, fantastikadır! Qarşıya qoyulan məqsədə çatdıq"

“Brayton”un baş məşqçisi Roberto de Zerbi İngiltərə Premyer Liqasının 32-ci turundan təxirə salınmış “Mançester Siti” ilə qarşılaşma haqda (1:1) danışıb.

Sportinfo.az xəbər verir ki, o, rəqibi dünyanın ən yaxşısı adlandırıb:

“Bu, fantastikadır! Qarşıya qoyulan məqsədə çatdıq. Çox xoşbəxtik. Məncə, “Mançester Siti” dünyanın ən yaxşı komandasıdır.

Bizim üçün çətin oyun oldu. Avrokuboklarda çıxış etməyə layiqik”.

“Brayton” tarixində ilk dəfə Avropa Liqasında İngiltərəni təmsil edəcək.

Ölkə çempionatının 37-ci turunda “Arsenal” “Nottingem Forest”ə uduzub və “Mançester Siti”nin çempionluğu rəsmiləşib. “Şəhərlilər” ardıcıl üçüncü dəfə Premyer Liqanın qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
28 May 00:10 5 Azərbaycan rekordu!