"Görək necə olur, şansı gətirən tərəf qalib gələcək"

04:50 Atçılıq 60
"Görək necə olur, şansı gətirən tərəf qalib gələcək"

Bakıda ilk dəfə keçirilən çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirinin final matçının favoriti Azərbaycanın "Elit polo club" komandasıdır.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında İsveçrənin "Sankt Moritz" klubunun üzvü Daniel Savari deyib.

O, turnirin təşkilatçılığı ilə bağlı da fikirlərini bölüşüb:

"Turnir yüksək səviyyədə təşkil olunub. Burada beynəlxalq klublarla yanaşı, Azərbaycanın da çox güclü kollektivi mübarizə aparır. Biz bura ilk dəfə gəlmişik. Yarışın qum üzərində keçirilməsi fərqli hissdir, çünki adətən ot örtüyündə oynayırıq. Çox maraqlı turnirdir, indiyədək zövqlü matçlar izlədik. Sabah komandamız finalda Azərbaycan komandası ilə qarşılaşacaq. Görək necə olur, şansı gətirən tərəf qalib gələcək".

İdmançı "Elit polo club"un səviyyəsini dəyərləndirib:

"Şübhəsiz ki, Azərbaycan komandası favoritdir. Çünki onların heyətində çox güclü, yüksək səviyyəli oyunçular var. Qələbə qazansaq, bunu böyük xoşbəxtlik hesab edəcəyik. İstənilən halda sonadək mübarizə aparacağıq".

Azərbaycan təmsilçisi bu gün yarımfinalda Böyük Britaniyanın "Red Star" komandasını 9:7 hesabı ilə üstələyərək finala vəsiqə qazanıb.

Komanda sabah finalda İsveçrə təmsilçisi "Sankt Mortiz"lə münasibətlərə aydınlıq gətirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM