"Məni səhv başa düşməyin: mən yaxşı karyeraya sahibəm"

28 Mart 2023 01:40 İngiltərə 467
"Məni səhv başa düşməyin: mən yaxşı karyeraya sahibəm"

“Liverpul”un keçmiş futbolçusu Stiven Cerrard Çud Bellingem haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, İngiltərə millisinin AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Ukrayna (2:0) ilə oyunundan sonra ingiltərəli oyunçu barədə belə deyib:

“Bellingem gənc olmasına baxmayaraq, artıq çox şeyə nail olub. Düzgün istiqamətdə hərəkət edir. O, topla məndən daha yaxşı oynayır.

Həqiqətən, bunu təvazökarlıq naminə demirəm. Məni səhv başa düşməyin: mən yaxşı karyeraya sahibəm.

O, bu tempdə işləməyə davam edərsə, istədiyi hər şeyə nail olacaq”.

Bellingem cari mövsümdə “Borussiya”nın (Dortmund) heyətində 34 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Onun klubla sözləşməsi 2025-ci ilin yayında başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var