Baş məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam erildi

27 Mart 2023 15:40 İngiltərə 273
Baş məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam erildi

“Tottenhem” baş məşqçi Antonio Konteni istefaya göndərib.

Sportinfo.az xəbər verir ki, İtaliyadan olan 53 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Komandanı bu mövsümün sonuna qədər Kristian Stellini çalışdıracaq. Ona Rayan Meyson kömək edəcək.

Konte 2021-ci ilin noyabrından “Tottenhem”ə rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 76 oyuna (41 qələbə, 12 heç-heçə, 23 məğlubiyyət) çıxarıb.

“Tottenhem” bu mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 28 oyuna 49 xal toplayıb və 20 iştirakçı arasında 4-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti