Keyn bombardir oldu, İngiltərə İtaliyadan 3 xal aldı - VİDEO

24 Mart 10:00 İngiltərə 280
Keyn bombardir oldu, İngiltərə İtaliyadan 3 xal aldı - VİDEO

AVRO-2024-ün seçmə mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk gündə C, H və J qruplarında ümumilikdə 8 matç keçirilib.

Gecənin oyununda İtaliya və İngiltərə yığmaları birincilərin meydanında üz-üzə gəliblər. C qrupunda yer alan komandaların qarşılaşması qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı ingilislər açıblar. 13-cü dəqiqədə Deklan Rays fərqlənib. Harri Keyn 44-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə fərqi iki topa yüksəldib.

Yığmada 54-cü qolunu vuran forvard bununla İngiltərə millisi tarixinin ən məhsuldar oyunçusu adına yiyələnib.

İtalyanlar ikinci yarıda Matteo Retegi ilə fərqi azaltsalar da, daha artığına gücləri çatmayıb.

Digər Xəbərlər
Xəbər Lenti