Qış transferlərinə hamıdan çox pul xərcləyən klub

1 Fevral 2023 21:40 İngiltərə 633
Qış transferlərinə hamıdan çox pul xərcləyən klub

"Çelsi"nin bu qış transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb etmək üçün xərclədiyi məbləğ müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, London klubu qış transfer pəncərəsində yeni transferlərə təxminən 323 milyon funt-sterlinq xərcləyib.

"Çelsi" David Fofana (10 milyon sterlinq), Andrey Santos (18 milyon sterlinq), Benoit Badiaşil ( 35 milyon sterlinq), Joao Feliks (9,7 milyonsterlinq icarə haqqı), Mixail Mudrik (88,5 milyon sterlinq), Noni Madueke (29 milyon sterlinq) , Malo Qusto (26,3 milyon sterlinq) və Enzo Fernandeşi (106,8 milyon sterlinq) sıralarına qatıb.

Ümumilikdə "Çelsi" qış transfer pəncərəsində La Liqa, A Seriya, Liqa 1 və Bundesliqadakı bütün klublardan daha çox pul xərcləyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...