"O, bizə klubda çatışmayan nizam-intizamı gətirdi"

22 Sentyabr 2022 10:00 İngiltərə 478
"O, bizə klubda çatışmayan nizam-intizamı gətirdi"

"Mançester Yunayted"in futbolçusu Bruno Fernandeş komandanın baş məşqçisi Erik ten Haq haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 52 yaşlı mütəxəssisin üslubunu və qaydalarını bəyəndiyini deyib:

“Ten Haqın öz fikri, üslubu var. Onun qaydalarına əməl etməlisiniz.

Ten Haq bu barədə sərtdir və mən belə şeyi sevirəm. O, bizə klubda çatışmayan nizam-intizamı gətirdi. Hamı eyni dalğa ilə hərəkət etməlidir".

Fernandeş 2020-ci ilin yanvarından "Mançester Yunayted"də oynayır. Portuqaliyalı futbolçu bu mövsüm Premyer Liqada və Avropa Liqasında ümumilikdə 8 oyunda 1 qol vurub və 1 qolun ötürməsini verib.

Ten Haq bu yaydan etibarən "Mançester Yunayted"i çalışdırır.

Digər Xəbərlər
Xəbər Lenti