Qvineyalı ilə danışıqlara başladı - Premyer Liqa nəhəngi

19 Avqust 2022 00:00 İngiltərə 885
Qvineyalı ilə danışıqlara başladı - Premyer Liqa nəhəngi

"Liverpul"un futbolçusu Nabi Keyta komandanın sıralarını tərk etməyəcək.

Sportinfo.az xəbər verir ki, Mersisayd təmsilçisi 27 yaşlı qvineyalı ilə müqavilə müddətini uzatmaq istəyir.

Buna görə də futbolçunun agenti ilə danışıqlara start verilib.

Keytanın klubla müqaviləsi 2023-cü ilə qədərdi.

O, 2018-ci ildə "Leyptsiq"dən “Liverpul”a keçmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti