İspaniyalı müdafiəçi transfer etdi – Premyer Liqanın son çempionu

16 Avqust 15:40 İngiltərə 240
İspaniyalı müdafiəçi transfer etdi – Premyer Liqanın son çempionu

"Mançester Siti" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Anderlext"dən Serxio Qomesi transfer edib.

Bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb.

21 yaşlı sol cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. "Mançester Siti"nin ispaniyalı futbolçu üçün Belçika klubuna 13 milyon avro ödədiyi bildirilir.

Serxio Qomes "Anderlext"ə 2021-ci ilin yayında Dortmund "Borussiya"sından transfer olunmuşdu.

Gənc oyunçu son mövsümdə komandanın heyətində meydana çıxdığı 49 matçda 7 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti