Fransa klubundan Premyer Liqaya 35 milyonluq transfer

6 İyul 2022 10:20 İngiltərə 901
Fransa klubundan Premyer Liqaya 35 milyonluq transfer

“Lill” niderlandlı müdafiəçisi Sven Botmanla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisini “Nyukasl”a satıb.

Bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb. İngiltərə klubu bu transfer üçün fransızlara 35 milyon funt-sterlinq ödəyib. Sven Botman yeni klubu ilə 5 illik müqavilə bağlayıb.

“Lill” Botmanın yerini braziliyalı Aleksandro Ribeyro ilə doldurub. Portuqaliyanın “Çaves” klubundan transfer olunan 22 yaşlı futbolçu üçün 2 milyon təzminat ödənildiyi bildirilir. O, Fransa klubu ilə 4 illik müqaviləyə imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 18:10 Çək və bizə göndər!
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!