Premyer Liqa klubu ilə müqavilə imzalayır – Ölümdən dönən məşhur

24 Yanvar 2022 00:10 İngiltərə 900
Premyer Liqa klubu ilə müqavilə imzalayır – Ölümdən dönən məşhur

Kristian Eriksen karyerasını yenidən İngiltərə çempionatında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, hazırda azad agent olan Danimarka millisinin futbolçusu "Brentford"la razılığa gəlib.

Tərəflər arasında 3 gün ərzində rəsmi müqavilə bağlanılacaq.

Klub təcrübəli oyunçunun tibbi müayinədən keçməsini gözləyir.

Eriksenin ötən il iyunun 12-də Danimarkanın Finlandiyaya 0:1 hesabı ilə uduzduğu Avropa çempionatının qrup mərhələsinin 1-ci tur oyunu zamanı ürəyi tutub.

O vaxtdan Eriksen rəsmi matçlarda bir daha meydana çıxmayıb. 30 yaşlı yarımmüdafiəçinin son klubu "İnter" olub və ötən ay A seriyası təmsilçisindən ayrıldığını açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 05:10 ACF Kuboku başa çatdı