18 milyon istəyirlər – 2 ildə 2 dəfə oynayan futbolçuya görə

17 Yanvar 2022 22:00 İngiltərə 563
18 milyon istəyirlər – 2 ildə 2 dəfə oynayan futbolçuya görə

“Mançester Yunayted”in müdafiəçisi Fil Consa bir neçə Premyer Liqa klubu maraq göstərir.

Sportinfo.az xəbər verir ki, “Nyukasl” və “Börnli” onun xidmətində maraqlıdırlar.

MY müdafiəçi üçün 18 milyon avro tələb edir.

Maraqlıdır ki, Cons “Yunayted”in heyətində son 2 il ərzində cəmisi 2 oyun keçirib. Üstəlik, o, baş məşqçi Ralf Ranqnikin də planlarına daxil deyil.

Amma MY rəhbərliyi onu ucuz qiymətə əldən buraxmaq haqda düşünmür. Fil MY-də 2011-ci ildən çıxış edir. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!