“O, gəlir” söz-söhbəti nə vaxt bitəcək? - "Təyinatdan sonra söz-söhbət də bitəcək"

25 Noyabr 2021 21:40 İngiltərə 424
“O, gəlir” söz-söhbəti nə vaxt bitəcək? -

“Lester”in baş məşqçisi Brendan Rocersin “Mançester Yunayted”ə keçəcəyi ilə bağlı məlumat yayılıb.

Sportinfo.az xəbər verir ki, Rocers bu söz-söhbətə münasibət bildirib:

“Belə şayiələrə fikir vermirəm, hamısı yalandır. Şayiə həmişə olacaq.

“Mançester Yunayted” baş məşqçi təyin edənə qədər də mənim ora gedəcəyim iddia olunacaq. Təyinatdan sonra söz-söhbət də bitəcək.

Mən öz klubuma sadiqəm. Əsas hədəfimiz inkişafdır. Hazırkı məqamda bu, bizim üçün ən vacib prioritetdir”.

Digər Xəbərlər
Xəbər Lenti