"Bu qələbə bizi harada olmalıyıqsa, ora da göndərdi" - Ronaldo 

24 Noyabr 2021 12:00 İngiltərə 784
"Bu qələbə bizi harada olmalıyıqsa, ora da göndərdi" - Ronaldo 

“Mançester Yunayted” səfərdə “Vilyarreal”a qalib gələrək (2:0) Çempionlar Liqasında növbəti mərhələyə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, MY-in qollarından birini Kriştiano Ronaldo vurub.

O, qarşılaşmadan sonra bu qələbə ilə bağlı emosional paylaşım edib:

“İspaniyada oynamaq həmişə möhtəşəmdir. Ondan da möhtəşəm isə İspaniyada qalib gəlmək və qol vurmaqdır.

Bu ölkədə mən özümü həmişə xüsusi insan kimi hiss etmişəm. Komanda yoldaşlarımı təbrik edirəm. Bu qələbə bizi harada olmalıyıqsa, ora da göndərdi.

Biz “Mançester Yunayted”ik və heç vaxt bu klub üçün vuruşmaqdan imtina etməyəcəyik. İrəli, “şeytanlar”.

Digər Xəbərlər
Xəbər Lenti