Futbolçulara saxta vaksin sertifikatı təklif olunur – Premyer Liqada 

26 Oktyabr 2021 10:20 İngiltərə 485
Futbolçulara saxta vaksin sertifikatı təklif olunur – Premyer Liqada 

İngiltərə Premyer Liqasında futbolçulara saxta vaksin sertifikatı təklif edildiyi ilə bağlı məlumat yayılıb.

Sportinfo.az xəbər verir ki, bu məlumatı Premyer Liqanın 4 klubu təsdiqləyib.

Dələduzlar bu klubların futbolçuları ilə əlaqə yaradaraq, saxta vaksin sertifikatı təklif ediblər.

Dəllallar bunun üçün min funt (təxminən 1,8 min avro) haqq istəyiblər. Hər hansı bir futbolçunun bu təklifi qəbul edib-etmədiyi haqda məlumat verilmir.

Amma 4 klubun rəhbərliyi bildirib ki, futbolçular onları belə bir təklif aldıqları barədə məlumatlandırıblar.

Premyer Liqada futbolçuların 68 faizi hər iki doza vaksini qəbul edib. Bir doza vaksin vurduranlar da nəzərə alınsa, göstərici 81 faizə yüksəlir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"