“Liverpul” “Neftçi“yə tanış olan 6 milyonluq futbolçuyla maraqlanır

11 Oktyabr 2021 10:20 İngiltərə 3 153
“Liverpul” “Neftçi“yə tanış olan 6 milyonluq futbolçuyla maraqlanır

“Liverpul” qışda heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, Mersisayd təmsilçisi “Olimpiakos”dan Pape Abu Sisse ilə maraqlanır.

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

“Transfermarkt”da dəyəri 6 milyon avro olan seneqallı futbolçuyla “Liverpul”la yanaşı, “Arsenal” və “Everton” klubları da maraqlanır.

Sisse özü də Premyer Liqada oynamağa müsbət yanaşır. O, daha çox şans qazanacağı bir komandaya keçmək niyyətindədir.

Sisse bu mövsüm “Olimpiakos”la 13 oyuna çıxıb. Afrikalı bu mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsinin hər iki matçında “Neftçi“yə qarşı forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...