Premyer Liqa klubu gənc mütəxəssisə tapşırıldı

20 Aprel 2021 15:20 İngiltərə 658
Premyer Liqa klubu gənc mütəxəssisə tapşırıldı

"Tottenhem"də istefaya göndərilən baş məşqçi Joze Mourinyonu bu mövsümün sonuna kimi əvəzləyəcək şəxs müəyyənləşib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, komandanı müvəqqəti olaraq ingilis mütəxəssis Rayan Mayson çalışdıracaq.

Klubun sabiq futbolçusuna Kris Pauel, Naydjel Qibbs və Ledli Kinq köməklik edəcək. Qapıçılar üzrə məşqçi isə Mixel Vorm olacaq.

29 yaşlı R.Mayson 2018-ci ildən London təmsilçisində məşqçi vəzifəsində işləyir.

Digər Xəbərlər
Xəbər Lenti