Yığmanızın “qoca” müdafiəçisi məşhurlara “əlcək atdı”

12:40 Araşdırma 209
Yığmanızın “qoca” müdafiəçisi məşhurlara “əlcək atdı”

UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə oyunda meydana çıxan kapitan Bədavi Hüseynov Azərbaycan millisinin heyətində keçirdiyi oyun sayını 84-ə çatdırıb.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı müdafiəçi bununla millilərdə ən çox oyun keçirənlər sıralamasında irəliləyib.

Hüseynov öz yığmalarında 84 matç keçirən Voyçex Şesnı (Polşa), Robert Kovaç (Xovatiya), Yulian Baumqartlinger (Avstriya), Ruben Diaş (Portuquliya), Villiam Qallas, Bleyzi Matuidi (hər ikisi Fransa) və Aleksander Frey (İsveçrə) kimi tanınmış simalara çatıb.

Millimizin kapitanı aktivlərində 83 yığma matçı olan Kaxa Kaladze (Gürcüstan), Mirça Rednik (Rumıniya), Valon Behrami (İsveçrə), Viktor Lindelöf, Kennet Andersson (hər ikisi İsveç), Deklan Rays (İngiltərə), Tomas Menye (Belçika), Niko Kovaç (Xorvatiya), Morten Qamst Pedersen (Norveç), Vedad İbişeviç (Bosniya və Herseqovuna) və Xristo Stoiçkovu (Bolqarıstan) isə geridə qoyub.

Azərbaycan millisinin heyətində ən çox oyun keçirən futbolçu Rəşad Sadıqovdur (111). Avropada ən çox milli formanı geyinən futbolçu isə portuqaliyalı Kriştianu Ronaldodur – 234 matç.

Bədavi Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti