Portu küçələrindən, çoxsaylı qalmaqallardan Azərbaycana qədər….

15:40 Araşdırma 185
Portu küçələrindən, çoxsaylı qalmaqallardan Azərbaycana qədər….

Bu gün Azərbaycanla Litva arasında baş tutacaq oyun Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

Sportinfo.az xəbər verir ki, oyunun baş hakimi Qustavo Korreya olacaq.

Yan xətlərdə ona həmyerliləri Andre Filipe Noqeyra Dias və Andreya Souza köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.

Korreya Portuqaliyanın son illərdə yetişdirdiyi ən perspektivli hakimlərindən biridir. Onun adı son illərdə təkcə Portuqaliya futbolunda deyil, beynəlxalq arenalarda da daha çox hallanmağa başlayıb.

1991-ci ildə Portu bölgəsində doğulan səbəbkar 2019-cu ildən Portuqaliyanın yüksək liqa oyunlarına təyinat alır. 2022-ci ildən isə UEFA-nın bayrağı altında keçirilən yarışlarda fit çalır.

İndiyə qədər milli komandalar və klub yarışlarında kifayət qədər oyun idarə edib. Lakin bir dəfə olsun belə, yolu bizimkilərlə kəsişməyib. Nə əsas, nə dördüncü, nə də VAR hakimi kimi təmsilçilərimizin iştirakı ilə baş tutan matçlarda görünməyib.

Qustavo hər nə qədər talantlı hakim olsa da, müxtəlif vaxtlarda adı qalmaqallarda hallanıb. Məsələn, 2026-cı ildə “Famalikau” – “Benfika” oyunundan sonra raportda qeyd etdiyi bəzi faktlar ciddi mübahisəyə səbəb oldu.

Sonradan Portuqaliya İntizam Komitəsinin qərarı ilə hesabatdakı məlumatların videomüşahidə görüntüləri ilə uyğun gəlmədiyi müəyyənləşdirilib və Korreya intizam məsuliyyətinə cəlb olundu.

“Benfika” isə 7 iyul 2026-cı ildə bu barədə yaydığı rəsmi bəyanatda Korreyanın qərara münasibət bildirərək referinin hesabatında reallığa uyğun olmayan faktların olduğunu ictimaiyyətə təqdim edib.

Bu hadisə Portuqaliya futbolunda ciddi səs-küyə səbəb olub.

Yeri gəlmişkən, o, hər zaman “Portu”nun hakimi kimi qəbul olunub, qələmə verilib.

Portuda doğulduğundan və bu komandanın “Benfika”, “Sportinq”, “Braqa” kimi əsas rəqiblərinin matçlarında yol verdiyi ən kiçik səhvdən sonra belə, adı gündəmə gəlib, idarəçiliyi müzakirə olunub, başının üstünü qara buludlar alıb.

Bütün bunlara baxmayaraq, UEFA-dan daim təyinat alır, inkişaf etməkdə davam edir. Hazırda Portuqaliya hakimliyini elit kateqoriyada təmsil edən ən gənc hakim məhz odur.

Bu gün 8-ci kilometr stadionunda baş tutacaq Azərbaycan – Litva dueli saat 17:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti