Qvardiola: “Bu, karyeramdakı ən böyük uğurlardan biridir”

1 Mart 2021 01:24 İngiltərə 665
Qvardiola: “Bu, karyeramdakı ən böyük uğurlardan biridir”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 26-cı turunda “Vest Hem”i məğlub etdikləri matçdan (2:1) sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, ispan mütəxəssis ardıcıl 20 qələbə qazanmalarına münasibət bildirib:

“Bütün turnirlər daxil olmaqla, ardıcıl 20-ci matçımızı qazandıq. Bu, karyeramdakı ən böyük uğurlardan biridir.

Bu statistika “Mançester Siti”nin güclü xarakterə sahib olduğunu göstərir. Hər birimiz çətin dövrlərdən keçirik. Buna baxmayaraq, məşq edirik və yaxşı oynayırıq”.

“Mançester Siti” Premyer Liqada 62 xalla liderdir. “Şəhərlilər” sonuncu dəfə ötən ilin dekabrında, Premyer Liqada doğma meydanda “Vest Bromviç”lə oyunda (1:1) xal itirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?