“Əlimizdən gələni edəcəyik” - Moldova klubunun kapitanı

10 İyul 2024 16:40 Zirə 1 593
“Əlimizdən gələni edəcəyik” - Moldova klubunun kapitanı

"Müsbət nəticə üçün əlimizdən gələni edəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu "Şerif"in kapitanı Mussa Kiabu Moldovada "Zirə"yə qarşı keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Malili yarımmüdafiəçi qarşılaşmanın onlar üçün çox önəmli olduğunu söyləyib:

"Bir neçə həftədir ki, bu görüşə hazırlaşırıq. Avrokubokda ilk matçımızdır.

Komandaya yeni qoşulanlar var. Bizim vəzifəmiz onlara ailənin əhatəsində olduqlarını hiss etdirməkdir".

"Şerif" və "Zirə" arasında ilk görüş iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq.

Cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena"da gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk